Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - Rəsmi

12:57 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, avqustun 31-dəBakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.BabaverdiyevC.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.